Bakıda mənzilə basqın etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda mənzilə basqın etməkdə şübhəli bilinən şəxs tutulub
# 10 sentyabr 2015 08:27 (UTC +04:00)

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 7-də saat 03.00 radələrində Nobel prospektində yerləşən yataqxanada yaşayan 1953-cü il təvəllüdlü Minzilə Zakiyevanın mənzilinə naməlum şəxs açıq qapıdan daxil olmaqla, bıçaqla hədələyib və 200 manat pulunu quldurluq yolu ilə alıb.

Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ruslan Juravel tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR