Bu ilin 3 rübündə BTC kəməri ilə 26 mln. tona yaxın xam neft ixrac olunub

Bu ilin 3 rübündə BTC kəməri ilə 26 mln. tona yaxın xam neft ixrac olunub
# 18 noyabr 2016 10:33 (UTC +04:00)

2016-cı ilin ilk üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 87 mln. dollar, əsaslı xərclərə isə 41 mln. dollar xərclənib.

“BP Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən üçüncü rübün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 341 mln. ton (təxminən 2,55 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3354 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu ilin üç rübü ərzində isə BTC vasitəsilə təqribən 25,7 mln. ton (193 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 242 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), CIECO (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR