Tovuzda avtomobildən oğurluq edilib

Tovuzda avtomobildən oğurluq edilib
# 19 fevral 2017 10:33 (UTC +04:00)

Tovuzda vətəndaşa məxsus avtomobildən oğurluq olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Tovuz şəhərində qeydə alınıb.

Hacallı kənd sakini Vahid Məmmədov avtomobilini rayon bazarında işlədiyi müəssisənin qarşısında saxlayan zaman içərisində şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin texniki pasportu, sürücülük vəsiqəsi, etibarnamə və sığorta şəhadətnaməsinin olduğu pul qabı oğurlanıb. V. Məmmədov bu barədə Tovuz Rayon Polis şöbəsinə məlumat verib. Zərərçəkən bildirir ki, oğurluq pul məqsədi ilə edilsə də, pul qabında yalnız sənədlər olub.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR