Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın olub, iki nəfər tüstüdən zəhərlənib - <span style="color: red;">YENİLƏNİB
# 02 fevral 2018 09:34 (UTC +04:00)

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonunda baş verib.

Çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb. Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

11.25

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli binanın damında yanğın baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR