Elmar Məmmədyarov ABŞ-a gedib

Elmar Məmmədyarov ABŞ-a gedib
# 28 may 2018 10:03 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

Bu barədə APA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşləri də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR