Balakəndə iki maşın toqquşub, üç nəfər xəsarət alıb

Balakəndə iki maşın toqquşub, üç nəfər xəsarət alıb
# 26 oktyabr 2016 10:43 (UTC +04:00)

Bakı - APA. Oktyabrın 25-də saat 12 radələrində Balakən şəhərində rayon sakinləri Nurhuda Balayevin və Kamal Zohorovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə hər iki sürücü və K. Zohorovun 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR