İranda prezident seçkilərinə hazırlıq başlayır

İranda prezident seçkilərinə hazırlıq başlayır
# 26 may 2024 12:00 (UTC +04:00)

Prezident səlahiyyətlərini müvəqqəti icra edən Məhəmməd Mohber daxil olmaqla, İranda hökumətinin icra, qanunverici və məhkəmə hakimiyyətlərinin başçıları iyunun 28-də keçiriləcək prezident seçkilərinə həsr olunmuş iclas keçiriblər.

APA-nın Mehr-ə istinadən verdiyi xəbərə görə, Məhəmməd Mohber, parlamentin spikeri Məhəmməd Baqer Qalibaf və məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ecei prezident seçkilərinə hazırlıqla bağlı müzakirə aparıblar.

Daxili işlər naziri Əhməd Vahidi də iclasda iştirak edib. Daxili İşlər Nazirliyinə seçkilərdə lazımi fəallığın təmin edilməsi yönündə tədbirlər görmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR