Yolu keçmək istəyən ana və qızını maşın vurub

Yolu keçmək istəyən ana və qızını maşın vurub
# 27 fevral 2019 23:27 (UTC +04:00)

Bakıda avtomobil iki piyadanı vurub.

ONA-nın məlumatına görə, hadisə Xəzər rayonunda baş verib. Belə ki, Binə qəsəbəsində yolu keçmək istəyən Yahyayeva Yasəmən və onun qızı, 4 yaşlı Yahyayeva Rövşanə Rövşən qızını taksi kimi fəaliyyət göstərən "VAZ 2107" markalı avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Yasəmən Yahyayeva komaya düşüb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR