Bakıda evdə meyit tapılıb

Bakıda evdə meyit tapılıb
# 06 yanvar 2017 15:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Mənzilin qapısı açılıb və 1938-ci il təvəllüdlü Qrintinkov Vladeslav Vasileviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 17:42-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR