Alim Qasımov İsveçrədə konsert proqramı ilə çıxış edəcək

Alim Qasımov İsveçrədə konsert proqramı ilə çıxış edəcək
# 12 iyun 2015 13:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Xalq artisti Alim Qasımov iyunun 20-də İsveçrədə konsert proqramı ilə çıxış edəcək. A. Qasımovun mətbuat katibi Səadət Möhübovanın APA-ya verdiyi məlumata görə, konsert beynəlxalq festival çərçivəsində keçiriləcək.

Muğam ifaçısı qızı, əməkdar artist Fərqanə Qasımova ilə birgə çıxış edəcək.

Konsert proqramı çərçivəsində A. Qasımovun bir günlük ustad dərsi keçəcəyi də nəzərdə tutulub.

Konsertdə xalq artistini Rafael Əsgərov, Rauf İslamov və Zəki Vəliyev müşayiət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR