Azərbaycan “Google Play”in tərtibatçı və satıcı hesablarının qeydiyyatını həyata keçirə bilən ölkələr siyahısına daxil olub

Azərbaycan “Google Play”in tərtibatçı və satıcı hesablarının qeydiyyatını həyata keçirə bilən ölkələr siyahısına daxil olub
# 29 iyun 2015 09:11 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Google Play”in tərtibatçı və satıcı hesablarının qeydiyyatını həyata keçirə bilən ölkələrin siyahısına yeni ölkələr əlavə edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, İslandiya, Peru və Yəmən ilə yanaşı, bu siyahıya Azərbaycan da daxil olub.

Beləliklə, “Google”un siyahısında tərtibatçı və satıcı hesabı açmaq mümkün olan ölkələrin sayı 78-dək artıb.

Maraqlısı odur ki, lokal tərtibatçılar üçün istifadə edilən valyuta dollardır, amma bu arada Ukraynada bu qrivnadır.

Azərbaycanda ödənişlər bank köçürməsi vasitəsi ilə həyata keçirilir, onların minimal həddi isə 100 dollara bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR