Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Sentyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Sentyabr - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2015 17:23 (UTC +04:00)

Neftin qiyməti ilə bağlı proqnozların digər analoji proqnozlardan ciddi bir fərqi var. Bu proqnozlar gələcək fəaliyyəti planlaşdırmağa xidmət edir. Məhz bu səbəbdən siyasi analitikada neftin qiymətinə dair proqnozlar obyektiv əsas kimi götürülür. Məsələ təkcə neftin qiymətinə dair proqnozların verilməsində deyil, məsələ həm də bu proqnozların kim tərəfindən irəli sürülməsindədir. 2016-cı ildə neftin orta qiymətinin 20 dollara düşməsi kifayət qədər ciddi ağırlığı olan, dünyanın aparıcı iqtisadi qurumlarının hesablaşdığı mərkəz tərəfindən irəli sürülüb. Proqnozun açıqlanması dünya iqtisadiyyatının gələn il məhz bu rəqəmə köklənəcəyini göstərir. Qiymətin bu dərəcə aşağı düşmək ehtimalı dövlətlər üçün siqnaldır, proqnozu kimin necə oxuması həm də o dövlətlərin gələcəyini müəyyənləşdirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR