Ali Məhkəmənin sədrinin xarici ölkələrə ezamiyyə xərcləri artırılıb

Ali Məhkəmənin sədrinin xarici ölkələrə ezamiyyə xərcləri artırılıb
# 10 mart 2018 22:20 (UTC +04:00)

Ali Məhkəmənin sədrinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 100 faizi həcmində əlavə veriləcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında" qərarında müvafiq dəyişiklik edib.

İndiyə qədər Ali Məhkəmənin sədrinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində əlavə verilib. Qərara əsasən bundan sonra Ali Məhkəmənin sədrinin müavinləri üçün nəzərdə tutulan xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində əlavə 50 faizə qaldırılıb. Eyni zamanda Ali Məhkəmənin Aparat rəhbərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 50 faizi həcmində əlavə veriləcək. İndiyə qədər Ali Məhkəmənin Aparat rəhbərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar əlavə verilməyib.

Dəyişiklikdə ilk dəfə olaraq Ali Məhkəmənin hakimlərinə xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasının 30 faizi həcmində əlavə verilməsi də əksini tapıb. Bundan əvvəl Ali Məhkəmənin hakimləri üçün xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar əlavələr verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR