"Ziraat Bank" Azərbaycandakı xidmət şəbəkəsini genişləndirir

"Ziraat Bank" Azərbaycandakı xidmət şəbəkəsini genişləndirir
# 09 yanvar 2017 05:59 (UTC +04:00)

Türkiyə dövlətinə məxsus "Ziraat Bank" Azərbaycandakı xidmət şəbəkəsini genişləndirmək niyyətindədir. "APA-Economics" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.

"Qlobal maliyyə böhranına baxmayaraq, Türkiyənin maliyyə sektoru stabilliyini qoruya bilib. Bu baxımdan qonşu ölkələr, o cümlədən Afrika, Balkan, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri Türkiyənin maliyyə sektoruna maraq göstərməkdədir. Türkiyənin İqtisadiyyat Nazirliyi və Banklar Assosiasiyasına "Ziraat Bank" və "Xalq Bank" kimi maliyyə təsisatlarının bu ölkələrdə filial açmaq və ya mövcud filial şəbəkəsinin genişləndirilməsi ilə bağlı müraciətlər daxil olur. Ən çox təklif İran, Balkan və Afrika ölkələrindən gəldi. "Ziraat Bank" isə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistandakı filial şəbəkəsini genişləndirmək niyyətindədir. Buna səbəb Türkiyənin müvafiq dövlət orqanlarının ixracatçılarla bu ölkələrdə müəyyən proqramların reallaşdırılmasıdır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, "Ziraat Bank Azərbaycan" ASC 2014-cü ildən etibarən fəaliyyət göstərir. Bankın səhmdarı "Ziraat Bank"dır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR