İsrail rəssamlarının əsərləri Milli İncəsənət Muzeyinə təqdim edilib

İsrail rəssamlarının əsərləri Milli İncəsənət Muzeyinə təqdim edilib
# 17 iyul 2015 11:19 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası Azərbaycan Milli İncəsənət Muzeyinə İsrailin 18 rəssamının əsərlərindən ibarət kolleksiya təqdim edib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, assosiasiyanın baş direktoru Lev Spivakın rəhbərliyi ilə siyasət və mədəniyyət xadimləri, jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

İsrailli qonaqlar Azərbaycan mədəniyyəti ilə tanışlıq məqsədilə bir sıra bölgələrdə olublar. Səfər çərçivəsində Milli İncəsənət Muzeyində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, İsrailin incəsənət xadimi Qalina Padolskaya, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Vahid Bayramov ilə görüş keçirilib. Söhbət zamanı iki ölkə arasında mədəni əlaqələrin inkişafından, mədəniyyət mübadiləsinin güclənməsindən söz açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR