Yeddi regionda uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılıb

Yeddi regionda uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılıb
# 20 oktyabr 2016 12:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə naziri Oqtay Şirəliyevin “Respublikanın regionlarında uşaq psixi sağlamlıq xidmətinin təkmilləşdirilməsi barədə” əmrinə əsasən regionlarda uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbər görə, bölmələrin yaradılmasına məqsəd psixi sağlamlıq xidmətlərinin əhali üçün əlçatanlığını təmin etməkdir.

Hazırda psixi sağlamlıq xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, yeni müalicə və reabilitasiya üsullarının tətbiqi istiqamətində bir sıra tədbirlər görülür. Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Quba və Şirvan şəhərlərində psixi sağlamlıq bölmələri yaradılıb, müxtəlif ixtisaslı mütəxəssislər, o cümlədən, həkim-psixiatrlar, psixoloqlar, loqopedlər, müalicəvi bədən tərbiyəsi və əmək terapiyası üzrə təlimatçılar treninqlərə cəlb olunublar. Treninq nəticəsində iştirakçılar müstəqil fəaliyyət göstərmək, müasir və effektli reabilitasiya tədbirlərini həyata keçirmək, psixoloji müdaxil ələrə ehtiyacı olan uşaqlara yardım etmək, onların ailələri ilə işləmək və dəstəkləmək kimi xüsusiyyətlərə yiyələnəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR