Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər naziri ilə görüşüb
# 09 dekabr 2016 07:16 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisovla görüşüb. Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyətinə toxunulub.


Tərəflər həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR