Təhsil Nazirliyi: Bu il 233 tələbə seçdiyi ali məktəblərə köçürülüb

Təhsil Nazirliyi: Bu il 233 tələbə seçdiyi ali məktəblərə köçürülüb
# 06 mart 2017 08:50 (UTC +04:00)

Bu il 497 nəfər ali təhsil müəssisələrinə köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, onlardan 307-si yerli, 122 tələbə isə xarici ali təhsil müəssisələrindən köçürülmək üçün sorğularını təsdiqləyib. 307 tələbədən 230-u, 122 tələbədən isə 3-ü seçdiyi ali təhsil müəssisələrinə köçürülüb. Köçürülmək üçün ən çox müraciət olunan universitetlər Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Kooperasiya Universiteti, Azərbaycan Dillər Universitetidir. Köçürülmək istəyənlərin əksəriyyəti Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər və Lənkəran Dövlət Universitetinin tələbəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR