Bu il nikaha daxil olmaq istəyən 79 nəfərdə İİV-ə yoluxma aşkarlanıb

Bu il nikaha daxil olmaq istəyən 79 nəfərdə İİV-ə yoluxma aşkarlanıb
# 27 oktyabr 2016 11:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində bu ilin 9 ayı ərzində 114660 şəxs İİV-ə görə müayinəyə cəlb olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 79 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib ki, onlardan da 49 nəfəri yeni aşkar olunan şəxslərdir.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi, əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilib. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3346 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 386 nəfərə müalicə 2016-cı ilin ilk 9 ayı ərzində başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR