ABŞ-da güclü qar fırtınası səbəbindən 3 mindən çox aviareys ləğv edilib

ABŞ-da güclü qar fırtınası səbəbindən 3 mindən çox aviareys ləğv edilib
# 08 mart 2018 01:29 (UTC +04:00)

ABŞ-ın şimal-şərqində tüğyan edən güclü qar fırtınası səbəbindən 3 mindən çox aviareys ləğv edilib, 9 mindən çoxu isə təxirə salınıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakətdən ən çox Nyu-York, Konnektikut, Vermont, Massaçusets və Pensilvaniya ştatlarının zərər çəkdiyi bildirilir.

Qeyd olunur ki, bu son həftə ərzində regionda müşahidə olunan sayca ikinci güclü qar fırtınasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR