Bakıda sərxoş sürücü avtomobilini qaldırıcı krana çırpıb - FOTO

Bakıda sərxoş sürücü avtomobilini qaldırıcı krana çırpıb - FOTO
# 28 fevral 2019 04:18 (UTC +04:00)

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

ONA-nın məlumatına görə, hadisə Bakıxanov qəsəbəsi, Dadaş Bünyadov küçəsində baş verib.

Belə ki, “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında hərəkətsiz vəziyyətdə dayanan qaldırıcı krana çırpılıb. Sürücü yüngül bədən xəsarətləri alıb. Avtomobil isə deformasiyaya uğrayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü sərxoş vəziyyətdə olub və hadisə yerindən uzaqlaşıb.

Baş vermiş qəza ilə əlaqədar qəza yerinə hüquq mühafizə orqanının əməkdaşları cəlb edilib.

Nurlan Əli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR