Hüseyn Bağırov Şirvanda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Şirvanda vətəndaşları qəbul edəcək
# 23 yanvar 2017 09:11 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Şirvanda vətəndaşları qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 27 yanvarda saat 09:30-da Şirvan şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının binasında keçiriləcək qəbulda Şirvan, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-nin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, 3 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə müraciət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR