Yaponiyada məktəb avtobusu mikroavtobusla toqquşub, ölən və yaralananlar var

Yaponiyada məktəb avtobusu mikroavtobusla toqquşub, ölən və yaralananlar var
# 12 may 2018 03:33 (UTC +04:00)

Yaponiyanın Okinava prefekturasında ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Uruma şəhərində məktəb avtobusu mikroavtobusla toqquşub.

Qəza nəticəsində hər iki sürücü və nəqliyyat vasitələrində 16 yuxarı sinif şagirdi müxtəlif dərəcəli xəsarətlər alıblar. 1 nəfəin öldüyü bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR