Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir qrup əlili istirahət və sağlamlıq mərkəzinə göndərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir qrup əlili istirahət və sağlamlıq mərkəzinə göndərib
# 05 avqust 2015 11:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası proqramı”na uyğun olaraq, əlilliyi olan şəxslərdən daha 44 nəfərini Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da cari ilin ötən dövründə ƏƏSMN tərəfindən istirahətə göndərilən əlilliyi olan şəxslərin sayı 874 nəfərə çatıb.

Əlilliyi olan şəxslərin istirahəti Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində təşkil edilir. Onlar həmin mərkəzlərə xüsusi ayrılan nəqliyyat vasitəsilə aparılıb-gətirilir. İstirahət müddətində əlilliyi olan şəxslər üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə prosedurlarına, müalicəvi bədən tərbiyəsinə cəlb olunması və s. tədbirlər də həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR