AZAL: "WizzAir"ə heç bir qadağa qoyulmayıb

AZAL: "WizzAir"ə heç bir qadağa qoyulmayıb
# 22 iyul 2015 16:01 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov deyib.

A.Məmmədovun sözlərinə görə, "WizzAir" aviaşirkəti heç aldığı xidmətlərin dəyərini ödəməyib.

“"WizzAir"in uçuşlarına qadağa qoyulmayıb. Sadəcə "WizzAir" aldığı xidmətlərin qiymətini ödəməyib. "WizzAir" qış mövsümündə uçuşlar həyata keçirmək istəmir. Amma biz onlara uçuşların ilboyu həyata keçirilməsi tələbi qoymuşuq. Şirkət yalnız yay mövsümündə fəaliyyət göstərmək istəyir”, - deyə vitse-prezident bildirib.

A. Məmmədov əlavə edib ki, "WizzAir" onların irəli sürdüyü təkliflər barəsində düşünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR