Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici kvalifikasiyaları tanınmış ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu istifadəyə verib.
APA-nın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev Tvitter hesabında yazıb.
Nazir qeyd edib ki, kvalifikasiyaları tanınmış ərizəçilər şəxsi kabinetləri vasitəsilə yeni kadr bankına qoşula bilərlər.