İmişlidə ər 17 yaşlı arvadını qətlə yetirib

İmişlidə ər 17 yaşlı arvadını qətlə yetirib
# 14 oktyabr 2016 17:56 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişlidə qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi gecə saat 01.00 radələrində İmişli rayonunun Gövhərli kəndində baş verib.

Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Ağabba Albaba oğlu arvadı, 1999-cu il təvəllüdlü Aygün Altay qızı Abdulxalıqovaya balta ilə 3 zərbə vuraraq qətlə yetirib. A.Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR