Bank Of Baku

Vaşinqton Kiyevi lazımi enerji avadanlıqları ilə təmin edir

Vaşinqton Kiyevi lazımi enerji avadanlıqları ilə təmin edir
# 27 avqust 2024 04:53 (UTC +04:00)

Vaşinqton enerji infrastrukturunu təmir etmək və onun dayanıqlılığını artırmaq üçün Kiyevi lazımi avadanlıqla təmin edir.

APA xəbər verir ki, bu barədə avqustun 26-da ABŞ prezidenti Co Bayden məlumat verib.

“Birləşmiş Ştatlar, həmçinin Ukraynanın enerji sistemlərini təmir etmək və Ukrayna enerji şəbəkəsinin dayanıqlılığını artırmaq üçün aktiv şəkildə bu ölkəni avadanlıqla təmin edir”, - deyə Bayden bildirib.

O, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada kritik əhəmiyyətli enerji infrastrukturu obyektlərinə endirdiyi kütləvi zərbələri də pisləyib.

“ABŞ Ukraynaya dəstək verən 50-dən çox ölkədən ibarət koalisiyaya rəhbərlik etməyə davam edəcək. Bu koalisiya Ukraynanı mühüm hərbi texnika, o cümlədən hava hücumundan müdafiə raketləri və müxtəlif növ raketlərlə təmin edir”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR