Pentaqon ukraynalı hərbçilərin təlim proqramını genişləndirməyi planlaşdırır.
APA-nın xəbərinə görə, bu barədə Washington Post hərbi mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, müdafiə naziri Lloyd Ostin və digər rəsmi şəxslər ukraynalı hərbçilərin təlim məsələsini yenidən nəzərdən keçirir. Təlimlərin Almaniyada keçirilməsi planlaşdırılır.