Türkiyə ilə ABŞ arasında Vaşinqtonda siyasi məsləhətləşəmələr keçiriləcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib.
Açıqlamada Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərliyilə bir qrup heyətin sentyabrın 16-17-də Vaşinqtona gedəcəyi, Sedat Önalın ABŞ Dövlət Katibinin müavini Vendi Şerman və ABŞ-ın Siyasi Məsələlər üzrə müavini Victoria Nuland ilə görüşəcəyi qeyd olunub.
Səfər çərçivəsində keçiriləcək geniş tərkibli heyətlərarası görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq sahədə baş verən hadisələr də müzakirə olunacaq.