Venesuela və Qayana ərazi münaqişəsində güc tətbiq etməmək qərarına gəliblər.
APA xəbər verir ki, bu barədə Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro “X” platformasında yazıb.
Qeyd edək ki, Qayana tərəfindən idarə edilən zəngin mineral yataqlarına sahib olan Essekibo bölgəsi mübahisəli ərazidir, Venesuela bu yaxınlarda oranı öz ştatı elan edib.
Dünən baş tutan yüksək səviyyəli görüş zamanı hər iki ölkə prezidentləri münaqişənin dialoq yolu ilə həllinə və hərbi gərginliyin yaradılmaması barədə razılaşıblar.
“Qayana Prezidenti Məhəmməd İrfaan Əli ilə görüş keçirdim. Qayana və Venesuela heç bir halda, o cümlədən iki dövlət arasında mövcud olan hər hansı fikir ayrılıqlarından irəli gələn məsələlər də daxil olmaqla, birbaşa və ya dolayı yolla bir-birini təhdid etməyəcək və ya güc tətbiq etməyəcək”, - görüşün sonunda imzalanan bəyanatda deyilir.
Həmçinin əlavə olunub ki, tərəflər sərhəd mübahisəsinin həllində Beynəlxalq Cinayət Məhkəməsinin iştirak edib-etməyəcəyi ilə bağlı razılığa gəlməyib.
Yaxın üç ayda Braziliyada Venesuela və Qayana nümayəndələri arasında yeni görüş baş tutacaq.