Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb

Bakıda mağazadan oğurluq edən şəxs saxlanılıb
# 18 dekabr 2019 09:58 (UTC +04:00)

Bakıda oğurluğa cəhd edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 17-də saat 5 radələrində Nəsimi rayonunun S.Rüstəm küçəsindəki mağazaların birindən qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən saxlanılaraq 21-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Zeynalov olması müəyyən edilib. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 17-də daha bir mağazadan 558 manat və tütün məmulatı oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR