AMB: Ötən il üzrə tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5%-i qədər profisit gözlənilir

AMB: Ötən il üzrə tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5%-i qədər profisit gözlənilir
# 12 fevral 2018 08:14 (UTC +04:00)

"2014-cü ilin sonundan bəri həyata keçirilən dərin makroiqtisadi manevr və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar, eləcə də dünya bazarında neftin qiymətinin yüksəlməsi Azərbaycanın tədiyyə balansının yaxşılaşmasını təmin edib".

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2017-ci ilin yekunu üzrə tədiyyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 5%-i qədər profisit gözlənilir.

"Xarici ticarət balansının profisiti 5 mlrd. dollar təşkil edib ki, bu da ötən illə müqayisədə (0,5 mlrd. dollar) 10 dəfə çoxdur. İxrac 52%, o cümlədən qeyri-neft ixracı 23% artıb. Ticarət balansı ilə yanaşı xidmətlər, eləcə də ilkin və təkrar gəlirlər balansında da yaxşılaşma müşahidə olunub. Xidmətlər balansının kəsiri əhəmiyyətli azalıb, turizm xidmətləri üzrə müsbət saldo əldə olunub. Kapital və maliyyənin hərəkəti hesabında da müsbət saldo olub", - deyə E.Rüstəmov vurğulayıb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri bildirib ki, ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində 2017-ci ildə strateji valyuta ehtiyatları 11%-dən çox artıb: "Proqnozlara görə xarici mühitdə pozitiv meyllərin 2018-ci ildə də davam edəcəyi gözlənilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR