Bacısını bıçaqlayan şəxsə hökm oxunub

Bacısını bıçaqlayan şəxsə hökm oxunub
# 11 mart 2019 12:27 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqda təqsirləndirilən Niyaməddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən N. Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əfsanə (ad şərtidir) qısqanclıq zəminində qardaşı N.Məmmədov tərəfindən bıçaqlanıb. Qadın Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən N.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR