Nazir: "Bu il 9 tərəvəz bitkisi üzrə toxum istehsalına başlanacaq"

Nazir: "Bu il 9 tərəvəz bitkisi üzrə toxum istehsalına başlanacaq"
# 29 yanvar 2018 10:48 (UTC +04:00)

"Son illər aqrar sektorun qarşısında çox ciddi və həllini gözləyən məsələlər durub".

"APA-Economics" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Nazirin sözlərinə görə, bu gün kənd təsərrüfatının texnika ilə təminatında heç bir çətinlik yoxdur.

"Bunun üçün kifayət qədər vəsait ayrılıb və bu il də ayrılacaq. Subsidiya mexanizmi tamamilə avtomatlaşdırılıb. İstənilən adam sayta girərək kimə nə qədər subsidiya verildiyini də öyrənə bilər. Növbəti ilin problemlərindən biri toxumçuluq və tingçilik təsərrüfatlarının yaradılmasıdır. Bu il tərəvəzçilik institutunun tərkibində böyük toxumçuluq sahəsi yaradılacaq. Bu sahə 9 bitki növü üzrə 6-7 ay sonra öz istehsalına başlayacaq. Demək olar ki, artıq 9 tərəvəz bitkisi üzrə toxumu öz ölkəmizdə istehsal edəcəyik. Bildiyiniz kimi, Qubada meyvə institutumuz var. Bundan 1-2 ay sonra isə Qubada tingçilik təsərrüfatlarının yaradılmasına başlanacaq. Ötən il toxumun alınması üçün laboratoriya avadanlıqlarına 700 min dollardan artıq vəsait ayrılıb. Növbəti ildən bu institut əksər meyvə tingləri üzrə öz istehsalını təşkil edəcək. Bu ilin sonuna, gələn ilin əvvəlinə bu sahədə ciddi dönüş gərəcəksiniz", - deyə H.Əsədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR