Bank Of Baku

Volodimir Zelenski və Donald Tramp arasında görüş keçirilib - YENİLƏNİB

Volodimir Zelenski və Donald Tramp arasında görüş keçirilib - YENİLƏNİB
# 27 sentyabr 2024 20:15 (UTC +04:00)

“ABŞ prezidentliyinə hər iki namizədlə görüşməyi ona görə istədim ki, Ukraynadakı müharibə noyabrda da bitməyəcək”.

APA-nın CNBC-yə istinadən xəbərinə görə, bunu ABŞ-nin 45-ci Prezidenti Donald Trampla görüşündə Ukraynanın dövlət başçısı Volodimir Zelenski deyib.

“Noyabrda amerikalılar öz prezidentini seçəcək, biz isə o vaxtadək Rusiyanı və Vladimir Putini dayandıra bilməyəcəyik. Başa düşürük ki, bu dövrdən sonra Rusiya-Ukrayna münaqişəsi üzrə müəyyən qərar qəbul etməliyik”.

D. Tramp isə bildirib ki, seçkidə qalib gəldikdən sonra Rusiya-Ukrayna münaqişəsində hər iki tərəfi qane edəcək həll variantının tapılmasına çalışacaq.

Onun sözlərinə görə, bu istiiqamətdə kifayət qədər çox səy göstərməyə ehtiyac var.




***
20:14

Nyu-Yorkda ABŞ-nin 45-ci prezidenti Donald Trampla Ukrayna lideri Vladimir Zelenski arasında görüş başlayıb.

APA-nın CNN-ə istinadən xəbərinə görə, danışıqlar Trampa məxsus “Trump Tower” binasında keçirilir.

Mətbuata qapalı müzakirələrin təfərrüatları hələlik bəlli deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR