Xudatda maşın maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb

Xudatda maşın maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb
# 22 avqust 2015 07:10 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, “VAZ 2106” markalı nəqliyyat vasitəsinin maneəyə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Xaçmaz rayon sakinləri - 1978-ci il təvəllüdlü Şirinov Sərdar Səfərəli oğlu, 1978-ci il təvəllüdlü Əzizov Səlim Kişi oğlu və 1986-cı il təvəllüdlü Siracov Rasim Şıxməmməd oğludur.

Hər üç şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan R. Siracov xəstəxanada müalicəsini davam etdirir, digər iki nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR