Yaqub Mahmudov AMEA-nın həqiqi üzvlüyünə seçkilərdə iştirak edəcək

Yaqub Mahmudov AMEA-nın həqiqi üzvlüyünə seçkilərdə iştirak edəcək
# 28 dekabr 2016 14:46 (UTC +04:00)

AMEA Tarix İnstitutunda Elmi Şuranın 2016-cı il üzrə son iclası keçirilib. Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda şura üzvləri AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər haqqında elanla tanış ediliblər.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, tarix ixtisası üzrə AMEA-nın həqiqi üzvü üçün 3 yer, müxbir üzv üçün isə 1 yer ayrılıb.

Tarix İnstitutunun Elmi Şurası tərəfindən AMEA-nın həqiqi üzvlüyünə seçkilərdə iştirak etmək üçün AMEA-nın müxbir üzvləri Nərgiz Axundova və Y. Mahmudovun namizədlikləri irəli sürülüb.

İclasda bildirilib ki, 2016-cı ildə Tarix İnstitutunda 49 adda yeni kitab çap olunub.

Tarix İnstitutunun direktor müavini Tofiq Nəcəfli qeyd edib ki, institutda son 12 il ərzində 350-ə yaxın kitab çap olunub.

İclasda Tarix İnstitutunun “Elmi Əsərləri” adlı jurnalının ingilis dilində çap olunması da qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR