Lavrov-Tillerson görüşündə Rusiyaya qarşı sanksiyalar müzakirə olunmayıb

Lavrov-Tillerson görüşündə Rusiyaya qarşı sanksiyalar müzakirə olunmayıb
# 16 fevral 2017 20:41 (UTC +04:00)

Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında Bonn şəhərində keçirilən görüşdə ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar müzakirə olunmayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Sergey Lavrov bildirib.

“Sanksiyalarla bağlı məsələ müzakirə edilməyib. Biz sanksiyaları müzakirə etmirik, biz hesab edirik ki, bu anomaliyadır, sanksiya tətbiq edənlər, bunun özləri nə dərəcədə səmərəli olduğunu, bunun ölkələr arasında normal ünsiyyətə nə dərəcədə cavab verdiyini qiymətləndirməlidirlər. Bu mövzunu süni şəkildə siyasiləşdirməyə cəhd edənlər, bunun öz ölkələrinin maraqlarına nə dərəcədə cavab verdiyini dəyərləndirməlidirlər”, - deyə Lavrov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR