Göygöl sakini zəhərlənərək ölüb

Göygöl sakini zəhərlənərək ölüb
# 04 iyun 2018 22:58 (UTC +04:00)

Göygöl sakini Adil İbrahimli naməlum maddədən zəhərlənib.

Bunu APA-ya bir neçə gün əvvəl narkotikdən zəhərlənərək öldüyü deyilən 35 yaşlı A. İbrahimlinin yaxınları bildirib.

Onların sözlərinə görə, İbrahimli narkotikdən uzaq adam olub. Onun nədən zəhərləndiyi məlum deyil. Yaxınları qeyd edib ki, hazırda zəhərlənmənin səbəbini bilmək üçün ekspert rəyi gözlənilir.

Qeyd edək ki, mayın 31-də Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü İbrahimli Adil Rəşid oğlu Gəncənin “Poçt qəsəbəsi” adlanan ərazisində ağır vəziyyətdə tapılaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR