Afinada etirazçılar və polislər arasında qarşıdurma baş verib

Afinada etirazçılar və polislər arasında qarşıdurma baş verib
# 18 noyabr 2016 03:26 (UTC +04:00)

Afina Politexnik Universitetində tələbə üsyanının amansızcasına yatırılmasının 43-cü ildönümünə həsr olunmuş yürüşün iştirakçıları polis əməkdaşlarına “Molotov kokteylləri” atıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “NewsPeace” nəşri məlumat yayıb.

İnsident Patission küçəsində baş verib. Yürüşə qatılan 50-dək etirazçı polis əməkdaşlarına daş, “Molotov kokteylləri”, stullar və digər əşyalar atıb. Buna cavab olaraq, asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər, saxlanılanlar var.

Qeyd edək ki, 1973-cü ilin noyabrın 17-də Afina Politexnik Universitetində ölkəni idarə edən "qara polkovniklər"in faşist xuntasına qarşı baş vermiş tələbə üsyanı qəddarlıqla yatırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR