Həmkəndlisini ürəyindən bıçaqlayan şəxsə 14 il həbs cəzası verilib

Həmkəndlisini ürəyindən bıçaqlayan şəxsə 14 il həbs cəzası verilib
# 17 noyabr 2016 14:41 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Teyyub Ağakərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T. Ağakərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Xaçmaz rayonunun Yeni Sudur kəndi ərazisində baş verib. Şəxsi münasibətlər zəminində 22 yaşlı Teyyub Şahbala oğlu Ağakərimov həmkəndlisi 24 yaşlı Roman Şükürağa oğlu Əliosmanovu bıçaqlayıb. Teyyub Romana 3 bıçaq zərbəsi vurub. Zərbələrdən biri onun ürəyinə dəyib.

Ağır vəziyyətdə olan Roman Əliosmanov xəstəxanaya yerləşdirilib. Onu xilas etmək mümkün olub.

Hadisəni törədən Teyyub Ağakərimov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR