Azərbaycan nefti həftə ərzində 0,3% bahalaşıb

Azərbaycan nefti həftə ərzində 0,3% bahalaşıb
# 02 dekabr 2019 09:53 (UTC +04:00)

Ötən həftə ərzində (25-29 noyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 0,21 ABŞ dolları və ya 0,31% artaraq orta hesabla 67,93 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 68,2 dollar təşkil edib, ən minimal göstərici isə 66,21 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR