APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, təyyarə enişə keçərkən qəza baş verib və hava limanının yaxınlığındakı əraziyə düşüb. Yerə düşdükdən sonra təyyarə yanmağa başlayıb və bir neçə partlayış eşidilib. Yanğınsöndürənlər yanğının qarşısını ala biliblər. Hadisə nəticəsində 2 pilot ölüb.