Paşha Bank
Bank Of Baku

Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1

Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB-1
# 15 noyabr 2026 17:36 (UTC +04:00)

Ordubadda qəzaya düşən qadınların vəziyyəti açıqlanıb.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkimi Millət Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, ayın 15-də Ordubad–Dırnıs yolunda avtobusun aşması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı 11 nəfər xəstəxanaya çatdırılıb.

Qeyd edilib ki, onlardan bəziləri təcili tibbi yardım avtomobili, digərləri isə xəstə yaxınlarının şəxsi nəqliyyat vasitələri ilə gətirilib. Xəsarət alanların hamısı ətraflı müayinədən keçirilib: “Hazırda onların bir qismi həkim nəzarətində saxlanılır, digərləri isə evə buraxılıb”.

Millət Hacıyev deyib ki, xəstələr arasında ağır vəziyyətdə olan olmayıb. Ümumilikdə, 11 nəfərdən yalnız birində travmatik zədə aşkarlanıb, digər şəxslərin xəsarətləri isə yüngül xarakter daşıyır.

***

saat 16.51

Ordubadda avtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

APA xəbər verir ki, qəza zamanı 1966-cı il təvəllüdlü Həsənova Səkinə Asəf qızı, 1962-cı il Bağırova Səadət Qəhrəman qızı, 1964-cü il təvəllüdlü İmanova Zəhra Firudin qızı, 1962-ci il təvəllüdlü Həsənova Kəmalə Firudin qızı, 1988-ci il təvəllüdlü Möhsünlü Sura İmaməli qızı, 1967-ci il təvəllüdlü Məmmədova Sara İsgəndər qızı, 1979-cu il təvəllüdlü Əliyeva Raidə Tofiq qızı, 1992-ci il təvəllüdlü Tağıyeva Gülşad Əşrəf qızı, 1966-cı il təvəllüdlü Tağıyeva Cəmilə Əhməd qızı, 1955-ci il təvəllüdlü Həsənova Validə Adil qız və 1977-ci il təvəllüdlü Hacıyeva Güllər Kamil qızı xəsarət alıblar.

İlkin məlumata görə, onlar yas mərasiminə gedən zaman qəzaya düşüblər.

***

saat 16.34

Ordubadda avtobus aşıb, xəsarət alanlar var.

APA xəbər verir ki, hadisə rayonun Dırnıs kəndində baş verib.

İlkin məlumata görə, hadisə zamanı 11 nəfər xəsarət alıb. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR