Bank Of Baku

“Cihad Ceyn” 10 il müddətinə azadlıqdan məhrum edilib

“Cihad Ceyn” 10 il müddətinə azadlıqdan məhrum edilib
# 07 yanvar 2014 04:12 (UTC +04:00)

APA-nın “Lenta.ru”-ya istinadən verdiyi məlumata görə, istintaqla fəal əməkdaşlıq etdiyinə görə, hakim Kolin Larouza qarşı hökmün yumşaldılmasına razılıq verib.

 

2009-cu ildə həbs edilən Larouz iki il sonra  günahını etiraf edərək, Məhəmməd peyğəmbərə bir neçə karikatur çəkmiş isveçli rəssama qarşı sui-qəsdin hazırladığını etiraf edib.

 

Amerikalı qadın Federal İstintaq Bürosunun müstəntiqlərinə uydurma ifadələr verdiyini də boynuna alıb. Bütün bunları nəzərə alaraq, Larouza  ömürlük həbs cəzası veriləcəyi güman edilirdi.

 

İstintaqa görə, İslamı qəbul edən Larouz İnternet vasitəsilə isveçli rəssam Vilksi öldürməyə hazır olanların axtarışını aparıb.

 

Öncə “Əl-Qaidə” terror şəbəkəsinin  Lars Vilksi öldürənə 150 min dollar mükafat vəd etdiyi də bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR