Bank Of Baku

“Haarets”: ABŞ İsrailə İrana qarşı təzyiqləri artıracağı barədə söz verib

“Haarets”: ABŞ İsrailə İrana qarşı təzyiqləri artıracağı barədə söz verib
# 17 iyul 2013 02:33 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “ABŞ İsrailə İrana təzyiqləri artıracağına dair söz verib”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İsraildə nəşr olunan “Haarets” qəzeti yazıb. Barak Ravid tərəfindən qələmə alınmış məqalədə deyilir ki, ABŞ diplomatik mənbələri Barak Obama hökumətinin İsrail rəhbərliyini Həsən Ruhaninin prezident seçilməsindən sonra belə mübahisəli nüvə proqramını dayandırması üçün İrana təzyiqlərini azaltmayacağına əmin etdiyini bildirilir. Məqalədə qeyd olunur ki, İranda keçirilən prezident seçkilərində Həsən Ruhaninin qələbə qazanması böyük bir hadisə və dəyişiklik sayılsa da, ancaq ABŞ bu ölkəyə qarşı təzyiqlərini azaltmayacağı barədə İsrailə vəd verib: “Mövzunun həssaslığını nəzərə alan və adlarının çəkilməsini istəməyən ABŞ rəsmiləri vurğulayıblar ki, rəsmi Vaşinqton Tel-Əvivi  Tehrana qarşı sanksiyaları daha da artıracağına dair əmin edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR