Bank Of Baku

BMT baş katibi: “Təhlükəsizlik sahəsində qarşımızda duran ən böyük problem Suriyada gedən savaşlardır”

 BMT baş katibi: “Təhlükəsizlik sahəsində qarşımızda duran ən böyük problem Suriyada gedən savaşlardır”
# 23 oktyabr 2013 08:00 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Gi Mun Birləşmiş Millətlər Təşkilatı Günü ilə bağlı müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə bildirilib ki, bu gün təşkilatın sülh və ümumi tərəqqiyə verdiyi böyük töhfəni tanımaq üçün bir fürsətdir: “Bu gün daha yaxşı dünyaya baxışımızı gerçəkləşdirmək üçün daha nələr edə  biləcəyimiz işləri düşünmək üçün müvafiq vaxtdır.

Təhlükəsizlik sahəsində qarşımızda duran ən böyük problem Suriyada gedən savaşlardır.

Milyonlarla insan həyatlarının xilası üçün  BMT-nin humanitar məsələlərlə məşğul olan heyətindən asılıdır.

 

BMT ekspertləri Suriyadakı silah ehtiyatının məhv edilməsi  üçün Nobel Sülh Mükafatına layiq görülmüş Kimyəvi  Silahların  Qadağan  Olunması üzrə Təşkilatla əl-ələ çalışırlar.

Biz həmçinin kifayət qədər uzun çəkən iztiraba son qoymaq üçün diplomatik həll yoluna təkid edirik. Ən zəruri inkişaf məsələmiz dayanıqlılığın reallığa çevrilməsidir. Minilliyin İnkişaf Məqsədləri yoxsulluğu yarıya qədər azaldıb.

 

Hazırda əldə olunan nailiyyəti bu səviyyədə  saxlamalı, 2015-ci ildən sonrakı inkişaf çərçivəsini  müəyyən  etməli və iqlim dəyişikliyi məsələsində anlaşmaya nail olmalıyıq.

Bu il biz yenidən Birləşmiş Millətlər Təşkilatının  silahlı münaqişə, insan hüquqları, ətraf mühit və bir çox digər məsələlər üzrə bir araya gəlməsini görürük .

Biz  kollektiv  fəaliyyətin nələr edə biləcəyini dünyaya  göstərməkdə davam edirik. Biz daha çox şeylər edə bilərik.

Hər şeyin bir-biri ilə qarşılıqlı əlaqəsini təcəssüm etdirən qlobal dünyasında biz daha da birləşməliyik. Bu gündə gəlin təməl ideyalarımıza  uyğun yaşamağa söz verək  və sülh, inkişaf və insan hüquqları naminə birlikdə çalışaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR