Bank Of Baku

ABŞ-da 112 yaşında dünyanın ən yaşlı sakini vəfat edib

ABŞ-da 112 yaşında dünyanın ən yaşlı sakini vəfat edib
# 15 sentyabr 2013 04:43 (UTC +04:00)

Bakı-APA. ABŞ-da 112 yaşında dünyanın ən yaşlı sakini Salustiano Sançes Blazkes vəfat edib. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə,  2013-cü ilin iyununda 117 yaşlı yaponiyalı Dziroemon Kimura vəfat etdikdən sonra Qinness Rekordlar Kitabı onu dünyanın ən qocaman sakini kimi qeydə alıb.

 

Salustiano Sançes Blazkes Nyu-Yorkda qocalar evində vəfat edib. O 1901-ci ilin iyunun 8-də İspaniyada anadan olub, 17 yaşında Kubaya köçüb, 1920-ci illərdə isə Amerikaya gələrək Kentukki ştatında mədəndə fəhlə işləyib. Bundan başqa o gəncliyində istedadlı musiqiçi olub və kənd toylarına mahnı ifa edirmiş.   

 

Qeyd edək ki, Sançes Blazkesin 7 nəvəsi, 15 nəticəsi və 5 kötücəsi var.  

 

Hazırda 1902-ci ilin mayın 2-də anadan olmuş Arturo Likata dünyanın ən yaşlı sakini hesab olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR