Bakı-APA. Ötən gün ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) ənənəvi aviaşou zamanı yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə 2 nəfər ölüb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, qəza nəticəsində pilot və təyyarənin göyərtəsində olan qadın kaskadyor ölüb.
Təyyarə yerə çırpıldıqdan sonra alışıb.
Şou çərçivəsində bütün uçuşlar dayandırılıb.